Azərbaycan Mərkəzi Bankı (AMB) bankların bank olmayan kredit təşkilatlarına (BOKT) çevrilməsi üçün qanunverici baza hazırlayır. Bu barədə cümə axşamı jurnalistlərə AMB İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Biz hazırda bankların BOKT-a transformasiyasının hüquqi çərçivələri ilə bağlı qanunverici baza hazırlayırıq”,- deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, əgər Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları kapitala dair minimal tələbi ödəyə bilməsələr və fəaliyyətlərinə BOKT olaraq davam etmək istəsələr, bu cür qanunverici çərçivələrə ehtiyac olacaq.
“Qanunverici çərçivələr belə bankların aktivlərinə və əhalinin onlara qoyduğu əmanətlərə şamil ediləcək”, - deyə AMB rəhbəri əlavə edib.
O vurğulayıb ki, hazırda AMB bank krediti dərəcələrinə aid olan məsələlərin dərindən araşdırılmasını həyata keçirir. “Yaxın vaxtlarda biz bu araşdırmaları başa çatdıracağıq. Araşdırmalarda kredit dərəcələrinin formalaşmasına təsir edən bütün aspektlər - inflyasiya, əhalinin əmanətləri üzrə yüksək faiz dərəcələri, bankların risk və xərcləri nəzərə alınacaq”, - deyə sədr izah edib.
E.Rüstəmov əlavə edib ki, bu araşdırmaların aparılmasında əsas məqsəd biznesin aşağı dərəcələrlə kreditləşdirilməsi üçün şəraitin yaradılmasıdır.
AMB İdarə Heyəti ötən il iyulun 25-də fəaliyyətdə olan bankların məcmu kapitalına və yeni bankların nizamnamə kapitalına olan minimal tələbin 50 mln. manat səviyyəsində artırılmasına dair qərar qəbul edib.
Məcmu kapital üçün nəzərdə tutulmuş yeni normativ 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
AMB göstərilən bank xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq maliyyə bazarlarına inteqrasiyanın təmin edilməsi üçün bankların kapitallaşdırılmasının davam etdirilməsini zəruri hesab edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət