Azərbaycan hökuməti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq dövrü ərzində $3,6 mlrd. məbləğində kredit cəlb edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“Azərbaycan beynəlxalq maliyyə institutları, o cümlədən DB və BVF ilə fəal əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində BVF və DB Azərbaycana islahatlar proqramları və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün ümumilikdə $3,6 mlrd. məbləğində kredit cəlb edib”, - deyə E.Rüstəmov cümə axşamı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun parlament şəbəkəsinin Bakıda keçirilən illik konfransında çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ilə qədər İnkişaf Strategiyası çərçivəsində vəzifələrə nail olmaq məqsədilə fond və bank ilə gələcəkdə də əməkdaşlıq etmək niyyətindədir. “Bu strategiya Azərbaycanda ÜDM-in iki dəfə artırılmasını, respublikanın yüksək səviyyəli gəlirlərə malik ölkələr sırasına daxil olmasını nəzərdə tutur”, - deyə o qeyd edib.
Elman Rüstəmov vurğulayıb ki, adambaşına gəlirlərin səviyyəsi paritet qiymətlər üzrə $10 minə çatıb. “Artıq 15 ildir ki, ölkədə iqtisadi sabitlik təmin edilib və qorunur. Bu sabitliyin əsasını aşağı səviyyəli xarici borc, aşağı inflyasiya və valyuta ehtiyatlarının yüksək həcmləri təşkil edir”, - deyə o əlavə edib.
AMB sədri bildirib ki, Azərbaycan neft gəlirlərinin savadlı bölüşdürülməsini həyata keçirən az sayda ölkədən biridir. “Hollandiya sindromu”na yol verməmək məqsədilə Dövlət Neft Fondu yaradılıb. Neft gəlirlərinin səmərəli idarə edilməsi iqtisadiyyatın əhəmiyyətli dərəcədə artımı ilə uzlaşır”, - deyən E.Rüstəmov bu prosesin şəffaflığını vurğulayıb.
DB və BVF-nin parlament şəbəkəsinin illik konfransı 23-24 may tarixlərində Bakıda keçirilir.
Parlament şəbəkəsi müstəqil qeyri-hökumət təşkilatıdır. Şəbəkə öz ölkələrində inkişaf proseslərində hesabatlılıq sahələrinin genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə əməkdaşlıq üçün 140 ölkədən olan 1500 parlamentariyə platforma təqdim edir. Təşkilatın məqsədlərinə parlamentarilərin və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi daxildir.
Azərbaycan tərəfindən konfransın təşkilatçısı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) qeyri-hökumət təşkilatıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət