Milli Məclisin deputatı Zahid Oruc
Azərbaycanda məktəb müəllimlərinin hüquqi və sosial statuslarının yaxşılaşdırılmasının zəruriliyini qeyd edib.
“Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda yeni təhsil nazirinin təyin olunması barədə sərəncam imzalayıb. Beləliklə, o, Azərbaycanda təhsil sahəsinin inkişafında dəyişikliklərə zərurət görür”, - deyə Z.Oruc cümə günü Milli Məclisin plenar iclasında vurğulayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Onun sözlərinə görə, cəmiyyətin inkişafı təhsil müəssisələrində tədrisin keyfiyyətindən asılıdır.
“İstərdik ki, bu istiqamətdə addımlardan biri müəllimlərin hüquqi və sosial statusunun təmin olunması olsun”, - deyə depuatat qeyd edib.
Z.Oruc arzu edib ki, yeni təhsil naziri və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi “təhsil sistemində çatışmazlıqların aradan qaldırılması” ilə bağlı vahid məqsədlə səylərini birləşdirsinlər.
“Azərbaycanda fəaliyyət göstərən yüzlərlə məktəb on illər ərzində heç bir məzunu tələbə səviyyəsinə qədər öyrədə bilməyib. Bu, bizim hamımız üçün ciddi siqnaldır”, - deyə parlament üzvü vurğulayıb.
Z.Oruc qeyd edib ki, hazırda Azərbaycanda 10100 alim var və Milli Məclisin növbədənkənar sessiyasında “Elm haqqında” qanun layihəsinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
Parlamentin spikeri Oqtay Əsədov deputatları keçmiş təhsil naziri Misir Mərdanovun arxasınca danışmamağa çağırıb.
“Misir Mərdanov 14 il ərzində təhsil naziri olub. Onun rəhbərliyi altında ölkənin təhsil sistemində islahatlar həyata keçirilib. Yeni nazirə gəlincə, ona vəzifəsində heç olmasa üç ay fəaliyyət göstərməyə imkan verin, sonra tənqid etməyə başlayın. Ölkənin bu təyinatları təsdiq edən prezidenti var. Burada onun qərarlarının ekspertizasını aparmaq lazım deyil”, - deyə parlamentin sədri vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət