Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “ Lotereya oyunlarının təşkili və keçirilməsi qaydaları”nı təsdiq edib.
Qaydaların mətni Hüquqi Aktların Dövlət Reyestrinin saytında dərc edilib.
Bu qaydalar lotereyaların təşkili (stimullaşdırıcı lotereyalar istisna olmaqla), lotereya haqqında informasiyanın yayılması, lotereya təşkilatçısı tərəfindən QKDK-ya hesabatın təqdim edilməsi prosesini tənzimləyir.
Şərtlərə əsasən, lotereya təşkil olunarkən təşkilatçı şirkət, lotereyanın keçirilmə müddəti, forması, keçirildiyi ərazi, uduş fondunun həcmi, lotereya biletinin nümunəsi və qiyməti barədə məlumat verilməlidir.
Həmçinin lotereya biletlərinin elektron satışı da təşkil oluna bilər.
Tirajlı və ani lotereyalarda uduş fondu satılmış biletlərdən toplanmış vəsaitin 50-80%-ni təşkil etməlidir.
Şərtlərə görə, lotereyanın təşkilatçısı lotereya keçirilməzdən ən az 20 iş günü əvvəl lotereyanı qeydiyyatdan keçirmək üçün sənədləri QKDK-ya təqdim etməlidir. QKDK 15 iş günü ərzində lotereyanı qeydiyyatdan keçirməli və ya bundan imtina etməlidir.
Tiraj Komissiyası ən az beş nəfərdən ibarət olmalıdır. Qaydalar Tiraj Komissiyasının formalaşdırılmasına qarşı tələbləri müəyyən edir.
Qaydalara əsasən, 5 iş günü ərzində lotereya biletlərinin uduş (seriya) nömrələri KİV-də dərc edilməlidir. Bununla yanaşı, tirajlı lotereyalar keçirilərkən uduşlu biletlərin qəbulu tiraj keçirildikdən sonra 7 gündən gec olmayaraq həyata keçirilməli, 90 gündən gec olmayaraq başa çatmalıdır.
Bundan başqa, lotereyaların bərpa və ləğv edilmə qaydaları da müəyyən olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət