Azərbaycan Türkiyənin İzmir şəhərində keçirilən XI Beynəlxalq Türk Dili Olimpiadasında iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Tədbir türk dilləri qrupuna daxil olan dillərin dünyada yayılması və öyrənilməsi məqsədi ilə keçirilir. Bu il olimpiadaya dünyanın 138 ölkəsindən şagirdlər qatılıb”, - deyə Qafqaz Universitetinin mətbuat katibi Rəcəb Rzaev jurnalistlərə bildirib.
Onun sözlərinə görə Azərbaycanın bu tədbirdə iştirakı Qafqaz Universitetinin və Bakıda fəaliyyət göstərən digər özəl türk məktəblərinin daxil olduğu “Çağ Öğretim İşletmeleri" şirkəti tərəfindən təşkil olunub.
“Olimpiada 2003-cü ildən Türk Dili və Mədəniyyəti Festivalı çərçivəsində keçirilir. Bu il olimpiadada ən böyük sahə Azərbaycan stendinə ayrılıb. Stenddə ölkənin bütün məşhur mədəni-tarixi abidələri əks etdirilib, İçərişəhərin maketi, milli geyim və mətbəx elementləri nümayiş olunub”, - deyə R.Rzaev bildirib.
Mayın 25-də İzmirdə açılış mərasimi keçirilən olimpiadada Azərbaycanı 500 nəfərlik nümayəndə heyəti təmsil edib. Bundan əlavə, tədbir çərçivəsində İzmir stadionunda Azərbaycana həsr olunmuş iki saatlıq konsert proqramı təşkil edilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova qeyd edib ki, Azərbaycan tərəfinin olimpiadada iştirakı çox vacibdir, çünki bu, iki ölkə xalqlarının daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Tədbir çərçivəsində qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində və zamanın tələblərinə uyğun istifadə edilməsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli sərəncamı nəzərə alınmaqla Azərbaycanın tədbirdə iştirakı böyük əhəmiyyət daşıyır.
Olimpiadaya iyunun 16-da yekun vurulacaq. Qaliblər inşa və danışıq nitqi, qrammatika, poeziya, mahnı ifaçılığı, xüsusi qabiliyyətlər və milli rəqslər nominasiyaları üzrə müəyyən ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət