“TuranBank” 2015-ci ilə qədər “İslam Bankinqi” pəncərəsi açmağı planlaşdırır. Bu barədə bankın məlumatında bildirilir.
Ötən həftə “Turanbank”ın nümayəndələri Düşənbədə İslam İnkişaf Bankı (İİB) qrupunun 38-ci illik iclasında iştirak ediblər.
Tədbir çərçivəsində “TuranBank”ın əməkdaşı investorlarla, müxtəlif maliyyə müəssisələrinin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirərək gələcək əməkdaşlıq planlarını müzakirə edib.
“TuranBank” hələ 2006-cı ildə İİB ilə məhsuldar danışıqlara başlayıb və 2008-ci ildə islam meyarları çərçivəsində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün 1 ili güzəştli olmaqla 6 il müddətinə $1 mln. məbləğində kredit xətti alıb. Hazırda uğurlu əməkdaşlıq nəticəsində “TuranBank” və İİB qrupu arasında təqdim olunmuş maliyyə xəttinin ümumi həcmi $8,8 mln. təşkil edir. “TuranBank”ın 2012-2015-ci illər üçün strateji planının əsas məqsədlərindən biri 2015-ci ilə qədər “İslam Bankinqi” pəncərəsi açmaqdır”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda “İslam Bankinqi” pəncərəsi yalnız Azərbaycan Beynəlxalq Bankı tərəfindən tətbiq olunur.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Təsisçiləri 5 hüquqi (21,65%) və 20 fiziki şəxsdir (78,35%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət