Bu gün Bakıda "İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Azərbaycanın milli patent sisteminin 20 illiyinə həsr olunmuş konfrans Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə keçirilir.
“Bu sahədə nəzarət funksiyası və dövlət siyasətini həyata keçirən SMPDK Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində “Əməkdaşlıq Proqramı” təsdiq olunub, 10 ölkə ilə ikitərəfli sazişlər imzalanıb, Cənubi Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi ilə SMPDK arasında imzalanmış “Əqli mülkiyyət hüququnu idarəetmə sisteminin avtomatlaşdırılması” layihəsi reallaşdırılıb. Bu layihə elektron hökumət layihəsində yeni addım olub”, - deyə SMPDK sədri Ramiz Həsənov bildirib.
Komitə sədrinin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum bu sahənin beynəlxalq standartların tələblərinə cavab verməsi üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
ÜƏMT-in departament direktoru Mixail Svantner bildirib ki, onun təmsil etdiyi təşkilatın SMPDK və Müəllif Hüquqları Agentliyi (MHA) ilə əməkdaşlığı normativ-hüquqi baza ilə məhdudlaşmır. “Əminəm ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək”, - deyə M.Svantner vurğulayıb.
“SMPDK və MHA-nın “Azərbaycan 2020: Gələcəyə baxış” milli strategiyasının reallaşdırılması çərçivəsində əməkdaşlığı davam edəcək və məhsuldar olacaq”, - deyə MHA sədri Kamran İmanov bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət