2013-cü ilin aprel ayında Bakıda təkrar daşınmaz əmlak bazarında qiymətlər mart ayı ilə müqayisədə 0,7% - 1 kv. metrə görə $1 211-ə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə daşınmaz əmlak bazarının öyrənilməsi və bazarda vəziyyətin aylıq təhlilinin hazırlanması ilə məşğul olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitorinqlər göstərib ki, apreldə təkrar bazarda satışa çıxarılmış mənzillərin orta qiyməti $113,162 min təşkil edib.
Birliyin məlumatına görə, apreldə ən çox qiymət artımı Bakının Xətai rayonunda müşahidə edilib – 2,3%.
Hesabat ayında ümumi portfeldə təkliflərin sayı 3,7% azalıb və satışa çıxarılmış mənzillərin ümumi sayı 5,4 mini ötüb. Təkliflər portfelində bütün mənzillərin 53,1%-i apreldə orta qiymətdən aşağı qiymətə təklif olunan mənzillərin payına düşüb.
Martda ümumi təklif portfelində paytaxtın Xətai, Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşən mənzillər üstünlük təşkil edib. Onların ümumi payı 78,7% təşkil edib.
Apreldə ikiotaqlı mənzillər üzrə təkliflərin daha çox artımı qeydə alınıb – 2,2%.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət