İyunun 1-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Fine Colours” Birinci Uşaq Yaradıcılığı Beynəlxalq Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
Festivalın Təşkilat Komitəsindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, tədbirdə yalnız Azərbaycandan deyil, həm də digər ölkələrdən nümayəndələr, o cümlədən, respublikada akkreditə olunmuş səfirlik əməkdaşlarının təsviri incəsənətlə məşğul olan uşaqları iştirak edəcəklər.
Festival çərçivəsində ustad dərsləri və bədii əsərlərin xeyriyyə hərracı keçiriləcək. Əldə olunan vəsaitlər təsviri incəsənətlə məşğul olan və Daun sindromundan əziyyət çəkən uşaqlara Dəstək Fonduna köçürüləcək.
Komitədən qeyd olunub ki, festival uşaq yaradıcılıq qrupları və kollektivlərinin həyatında parlaq hadisə olacaq, məktəb və məktəbəqədər yaşda olan uşaqların estetik tərbiyəsinin artmasına təkan verir.
Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi və Misirin ölkəmizdəki səfirliyi nəzdində Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunur. Festival bir həftə davam edəcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət