İyunun 4-də Bakı Ekspo Mərkəzində Britaniyanın “ITE Group plc” şirkəti və onun Xəzər regionunda tərəfdaşı “Iteca Caspian” MMC-nin təşkilatçılığı ilə 20 illik yubileyini qeyd edən Beynəlxalq “Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası” (“Caspian Oil and Gas”) sərgi və konfransı öz işinə başlayacaq.
“Keçirildiyi 20 il ərzində “Caspian Oil&Gas” sərgisində dünyanın 70-dən çox ölkəsindən 5600 şirkət iştirak edib. Bu il sərgi dünyanın 28 ölkəsindən 386 şirkət toplayıb. 2012-ci illə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artıb. Bununla yanaşı, Azərbaycan bazarına daxil olan yeni şirkətlərin sayı ümumi iştirakçıların 20%-ni təşkil edir”, - deyə “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bazar ertəsi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu il sərgidə təqdim olunan yerli şirkətlərin sayı sərgi iştirakçılarının ümumi sayının 30%-ni təşkil edəcək.
Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaq.
Bu il sərginin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcək. Sərgi iyunun 7-dək davam edəcək.
Sərgi çərçivəsində 5-6 iyun tarixlərində konfrans keçiriləcək. Burada dünyanın 50 ölkəsindən 600 nümayəndənin iştirakı gözlənilir.
Azərbaycan, Gürcüstan, Türkiyə, ABŞ və digər ölkələrdən olan mütəxəssislər məruzələrlə çıxış edəcəklər.
Bu il konfransda “Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu”, “Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq”, “Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi”, “Yataqların işlənilməsi üzrə əsas layihələr: şelf infrastrukturları üzrə innovasiyalar”, “Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı” və “Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər” mövzularına toxunulacaq.
Bundan başqa, sərgi çərçivəsində 5-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “Yeni ölçmə texnologiyaları və kollektorların kalibrasiyasında onların nəticələrinin təhlili” (təşkilatçı “Ukrmetrteststandart” şirkəti), “TOFD üsulu - əsas prinsiplər, standartlar, üstünlüklər və işçi heyətin sertifikatlaşdırılması”(“Belqazpromdiaqnostika” şirkəti), MAGNATECH” avtomatik qaynaq kompleksləri” (“Magnatek” şirkəti), “Yanğından Mühafizə Tədbirləri” (“GRACO” şirkəti) mövzularında seminarlar keçiriləcək.
Sərgi çərçivəsində “BP” şirkəti və onun “Azəri-Çıraq-Günəşli” (”AÇQ”), “Bakı-Tbilisi-Ceyhan” (“BTC”), “Şahdəniz” (“ŞD”) və “Cənubi Qafqaz Boru Kəməri” (”CQBK”) layihələri üzrə tərəfdaşları Alıcılarla tanış olun” (“Meet the Buyer”) şüarı altında sərgi keçirəcəklər. Tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində ixtisaslaşmış 90-a yaxın yerli şirkət iştirak edəcək.
2012-ci ildə keçirilən “Caspian Oil and Gas” sərgisində dünyanın 35 ölkəsindən 304 şirkət iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət