Maliyyə Nazirliyi bazar ertəsi Naxçıvan Muxtar Respublikasında ikigünlük “Beynəlxalq mühasibat uçotunun əsasları” mövzusunda təlimlərə start verib. Bu barədə nazirlikdən məlumat verilib.
Təlim Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində keçirilir.
Təlim Naxçıvan Muxtar Respublikasında büdcə təşkilatlarının mühasibatlıq işçiləri üçün nəzərdə tutulub. Təlimlərin məqsədi yerli mühasibatlıq işçilərinə yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərin aşılanması, eləcə də onlara praktiki köməklik göstərilməsidir.
Xəbər verildiyi kimi, analoji təlimlər 2013-cü ildə Azərbaycanın bütün regionlarında keçiriləcək.
Xəbər verildiyi kimi, Dünya Bankının Direktorlar Şurası 2008-ci ilin mart ayında CAPSAP çərçivəsində Azərbaycana $11 mln. məbləğində kredit ayırıb.
Layihənin ümumi dəyəri $24 mln. təşkil edir. DB-nin kredit vəsaitlərindən başqa $8 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq, $3 mln. Yaponiya hökumətinin, $2 mln. isə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) qrantıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət