“BP” şirkətinin iştirakı ilə Azərbaycanda layihələrin reallaşdırılmasına ümumi investisiyalar $40 mlrd. təşkil edib. Bu barədə “BP-Azerbaijan” şirkətinin prezidenti Qordon Birrel çərşənbə günü Bakıda keçirilən “Caspian Oil& Gas” konfransında çıxışı zamanı bəyan edib.
“Azərbaycanda bütün layihələr çərçivəsində “BP” və onun tərəfdaşlarının investisiyaları $40 mlrd. təşkil edib. İxrac neft və qaz kəmərlərinin etibarlı və təhlükəsiz sistemi yaradılıb”, - deyə Q.Birrel bildirib.
Onun sözlərinə görə, “Şahdəniz”də hasilat başlanandan (2006-cı ilin dekabr ayı –İF-Az) 42 mlrd. kubfut qaz və 88 mln. barel kondensat (12 mln. ton) hasil edilib.
““Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində biz illik hasilatın ən stabil səviyyəsinə (pik həcmə - İF-Az) nail olmuşuq. Belə ki, yataqdan sutkalıq hasilatın həcmi 966 mln. standart kubfut qaz və 55 min ton kondensat təşkil edir”, - deyə şirkətin prezidenti vurğulayıb.
Yatağın işlənməsi üzrə “Mərhələ-2”-yə toxunan Q.Birrel qeyd edib ki, bu mərhələ çərçivəsində Xəzərdə ilk dəfə sualtı hasilatın xüsusi texnologiyası tətbiq olunacaq.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Hazırda qaz hasilatı “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində həyata keçirilir. “Mərhələ-1” çərçivəsində 178 mlrd. kubmetr qazın və 34 mln. ton kondensatın hasilatı nəzərdə tutulur. “Mərhələ-1”in dəyəri $4,1 mlrd. təşkil edir. “Mərhələ-1” çərçivəsində yataqda hasilatın pik həcmi 9 mlrd. kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində ilkin qaz hasilatına 2018-ci ildə başlanacaq. “Mərhələ-2” çərçivəsində illik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2”nin dəyəri $28 mlrd. dəyərində qiymətləndirilir.
Hazırda “BP” şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” bloku, “Şahdəniz” yatağı, “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Asiman-Şəfəq” strukturu və “Araz-Alov-Şərq” yataqlar blokunun işlənməsi layihələrinin iştirakçısıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət