Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) və BSA | Software Alliance (www.bsa.org) hüquq mühafizə orqanlarının əməkdaşları üçün saxta və qeyri-lisenziyalı proqram təminatını müəyyən etmək mövzusunda təlim təşkil edib.
Təlim zamanı DİN əməkdaşları saxta və qeyri-lisenziyalı proqram təminatının müəyyən edilməsinin yeni üsulları ilə tanış olublar. Treninqdə paylayıcı kanaldan əldə edilən şübhəli proqram məhsullarının mənşəyinin araşdırılması məqsədi ilə sınaq alışların keçirilməsi məsələsi, kommersiya təşkilatları tərəfindən istifadə olunan qeyri-lisenziyalı proqram təminatının və saxta proqram təminatının müəyyənləşdirilməsi və bununla əlaqədar olan məhsulların idensifikasiya üsulları, eləcə də DİN və hüquq sahibləri arasında ümumi əməkdaşlıq məsələləri müzakirə olunub.
BSA və dünyanın aparıcı biznes məktəblərindən biri olan INSEAD tərəfindən aparılan bir araşdırmaya əsasən, lisenziyalı proqram təminatı bazarının artımı pirat proqram təminatı bazarının analoji artımı ilə müqayisədə Azərbaycan iqtisadiyyatına daha böyük təsir edəcək. Lisenziyalı proqram təminatı bazarının 1%-li inkişafı əlavə 19 milyon ABŞ dolları həcmində iqtisadi fayda gətirə bilər. Bundan əlavə, Azərbaycan Respublikasında lisenziyalı proqram təminatı sahəsinə qoyulan hər bir dollar 380 ABŞ dolları məbləğində ÜDM investisiyasına qaytarılmanı (ROI) təmin edir. Müqayisə üçün, pirat məhsullarının investisiya qaytarılması hər əlavə dollar üçün 28 ABŞ dollarıdır.
“Lisenziyalı proqram təminatının istifadəsi qeyri-lisenziyalı proqram təminatının istifadəsi zamanı yarana biləcək hüquqi təhdid və riskləri azaldır və məhsuldarlığı artırır, bu da müəssisələrin praktiki nəticə əldə etməsinə zəmin yaradır”, - deyə BSA-nın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanov bildirib. “Azərbaycanda dovlət, xüsusilə də hüquq mühafizə orqanları və sənaye qurumları hər bir mövcud imkanlardan istifadə edərək bütün potensial faydaları əldə edə bilərlər”, - deyə o qeyd edib.
BSA kompüter piratçılığının müəyyən edilməsində və müvafiq sanksiyaların tətbiqində Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarını dəstəkləməkdə və onlara yardım göstərməkdə davam edəcək.
BSA | The Software Alliance – proqram təminatı istehsalçılarının Assosiasiyası olaraq, ölkənin hökumət təşkilatları və beynəlxalq bazar qarşısında dünya proqram təminatı sənayesinin baş mühafizəçisidir. O, dünya səviyyəli şirkətlərin birliyini əks etdirərək, hər il müasir həyatı zənginləşdirən və dünya iqtisadiyyatına dəstək verən proqram həllərinin yaradılmasına milyardlarla dollar sərmayə yatırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət