Vergilər Nazirliyi 28 min 61,69 manat əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmaqda ittiham olunan sahibkar Ramik Məmmədov barəsində cinayət işini başa çatdırır. Bu barədə nazirlikdən məlumat verilib.
Məlumatda vurğulanır ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, Ramik Məmmədov “Şəmkir LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən 1 noyabr 2004-cü il tarixindən 1 may 2007-ci il tarixinədək olan dövr üzrə Vergi Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq vergi ödəyicisi kimi qeydiyyatda olduğu Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib, 28 min 61,69 manat əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
2008-ci ilin avqust ayında onun barəsində həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan gizləndiyindən və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığından həmin ittihamı ona elan etmək mümkün olmayıb.
Aparılan tədbirlər nəticəsində R.Məmmədovun Rusiya Federasiyasının Perm şəhərində gizləndiyi aşkar edilib və o, 2013-cü il mart ayının 20-də Azərbaycana ekstradisiya olunub.
“Cinayət işinin istintaqı zamanı R.Məmmədov təqsirləndirilən şəxs qismində dindirilib və o, törətdiyi cinayət əməlini etiraf edib. Hazırda dövlətə vurulmuş ziyanın cinayəti törətmiş şəxs tərəfindən ödətdirilməsi və cinayət işinin yekunlaşdırılıb məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür”, - deyə məlumatda vurğulanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət