Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə operator) 2013-cü ilin iyul ayının sonuna qədər “Çıraq” yatağında məşəldə yandırılan səmt qazının utilizasiyası üzrə qurğunu işə salacaq. SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) vitse-prezidenti Rəfiqə Hüseynzadə belə söyləyib.
“Çıraq yatağında məşəldə yandırılan səmt qazının utilizasiyası üzrə qurğunun tikinti işləri başa çatır. Bu ilin iyun ayında qurğunun istismara verilməsi planlaşdırılır”, - deyə R.Hüseynzadə cümə axşamı Bakıda “Caspian Oil&Gas” konfransında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, qurğunun istismara verilməsi ilkin mərhələdə məşəldə yandırılan qazın həcmini hasil edilmiş səmt qazının ümumi həcminin 2%-nə qədər azaltmağa, daha sonra bu göstəricini sıfıra endirməyə imkan verəcək.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları Böyük Britaniyanın “BP” (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” ( 10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət