Yunanıstanın satışa çıxarılmış "DESFA" qaz şirkətinə yeganə iddiaçı SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) olub. Bu barədə Rusiyanın “Kommersant” qəzetində məlumat verilir.
“Dünən Yunanıstanın DEPA qaz treyderi və DESFA qaz nəliyyat sistemi operatorunun satışı üzrə müsabiqə keçirilib. İddiaçı şirkətlər - “Qazprom”, “Sintez”, SOCAR, Yunanıstanın “M&M Gas” və “GEK Terna” şirkətləri Moskva vaxtı ilə saat 14:00-a qədər təklifləri özəlləşdirmə agentliyinə təqdim etməli idilər. Lakin Yunanıstanın energetika nazirinin müavini Makis Papageorgiunun bildirdiyi kimi, DEPA üçün heç bir ərizə verilməyib. Bununla əlaqədar olaraq təkrar hərrac keçiriləcək”, - deyə qəzet yazır.
DESFA-ya yeganə iddiaçı SOCAR şirkətidir.
“Qazprom”un nümayəndəsi Sergey Kupriyanov inhisarın DEPA-nı satın almaqdan imtina etməsini təsdiqləyib. Onun sözlərinə görə, şirkət artıq indi istehlakçıların ödənişləri ilə əlaqədar olaraq ciddi problemlərlə üzləşir. Tender iştirakçılarına DEPA-nın dövlət tənzimləməsi rejiminin pisləşməsi halında zəmanət təqdim edilməyib. Bütün bunlar şirkətin dəyərinə təsir göstərən əhəmiyyətli risklərdir, sövdələşmənin qiymətini isə bu amillər nəzərə alınmadan artıq indi müəyyən etmək təklif olunur”,- deyə o vurğulayıb.
Qəzet qeyri-rəsmi məlumatlara istinadən bildirir ki, “Qazprom” DEPA üçün $1 mlrd.-a yaxın vəsait təklif edib. "Sintez” şirkətlər qrupu vəziyyətlə əlaqədar heç bir şərh vermir.
DEPA əsasən “Qazprom”un tədarük etdiyi (müqavilə 2016-cı ilədək qüvvədədir) qazın topdan satışı ilə məşğul olur. Yunanıstan həmçinin Türkiyədən qaz və Əlcəzairdən maye təbii qaz alır. Yunanıstanın istehlak strukturunda Rusiyanın qaz payı 60-65% təşkil edir. Yunanıstan hər il təxminən 4,5 mlrd. kubmetr qaz istehlak edir.
DEPA törəmə strukturu DESFA vasitəsi ilə qaz kəmərləri şəbəkəsinə və təkrar qazlaşdırma terminallarına malikdir. DEPA həmçinin Yunanıstanda qaz tədarükü və satışı üzrə müxtəlif şirkətlərdə 51% səhm sahibidir. 2012-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 30% - €133,6-ya qədər azalıb. Bununla yanaşı, satışların həcmi 10% artıb.
İlk mərhələdə özəlləşdirmənin mart ayında həyata keçirilməsi planlaşdırılırdı, sonra bu müddət aprelin 12-nə, daha sonra mayın 29-na keçirildi. Lakin özəlləşdirmə agentliyi hərracın müddətini yenidən dəyişərək iyunun 10-na müəyyənləşdirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət