Yunanıstan DESFA qazpaylayıcı şirkətini dövlət nəzarətində saxlamaq niyyətindədir. Bu barədə Yunanıstan KİV-ləri ölkənin istehsal islahatları, ətraf mühit və energetika naziri Panayotis Lafazanisə istinadən məlumat verir. O, bu barədə DEPA və DESFA müəssisələrinin əməkdaşları ilə görüşü zamanı bildirib.
KİV-lərin məlumatına əsasən, müəssisə işçilərinin nümayəndələri DEPA və DESFA şirkətlərinin hər hansı şəkildə özəlləşdirilməsinin əleyhinə olduqlarını bildirərək bu şirkətlərin satışının iqtisadiyyata, istehlakçılara və məşğulluğa ciddi mənfi fəsadlarla nəticələnəcəyini vurğulayıblar. Onlar, həmçinin sabiq hökumətin təbii qazın paylaşdırılması bazarının liberallaşdırılması siyasəti ilə qəti surətdə razı olmadıqlarını, bunun istehlakçılar üçün kəskin bahalaşma ilə nəticələnəcəyindən narahat olduqlarını bildiriblər.
“Lafazanis qeyd edib ki, DEPA şirkəti dövlət mülkiyyətində və dövlət nəzarətində qalmalıdır və qalacaq. DESFA şirkətinə gəlincə isə, Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu qərar verdikdən sonra müəssisənin nəzarət paketinin dövlət nəzarətində qalması istiqamətində səylər göstəriləcək”, deyə nazirliyin press-relizində qeyd olunub.
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avroya yaxın vəsait əldə etməyi nəzərdə tuturdu.
2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
Öz növbəsində SOCAR prezidenti Rövnəq Abdullayev bəyan edib ki, ARDNŞ DESFA-nın səhmlərinin 66%-nin alınması üzrə tenderin qalibi olub.
Yunanıstan qanunvericiliyinə uyğun olaraq Avropa Komissiyası bu sövdələşməyə dair yekun razılıq qərarı qəbul etməlidir. Avropa Komissiyasının müvafiq qərarı 2015-ci ilin sonuna qədər qəbul etməsi gözlənilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət