2013-cü ilin yanvar-may aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi 12 mln. 636,425 ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Mayda BTC neft kəməri ilə 2 mln. 865,014 ton Azərbaycan nefti, ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) cari ilin may ayının 1-nə qədər 218 mln. 263,150 ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, may ayında BTC neft kəməri ilə 279,989 min ton Türkmənistan nefti nəql olunub.
Yanvar-may aylarında Ceyhan neft terminalından 12 mln. 431,574 min ton, may ayında bu həcmdən 2 mln. 431,574 min ton, ümumilikdə isə BTC-nin istismara verildiyi vaxtdan 216 mln. 98,228 min ton Azərbaycan nefti yola salınıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları “BP” (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); “TPAO” (6.53%); “ENI” (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); “INPEX” (2.50%), “Total” (5.00%) və “ONGC Videsh Limited” (2.36%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət