Vergilər Nazirliyi respublikada fəaliyyət göstərən vergi ödəyiciləri ilə tərəfdaşlıq münasibətləri qurmaq niyyətindədir. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov çərşənbə günü Bakıda keçirilən “Vergi tərəfdaşlığı” mövzusunda III vergi konfransında bəyan edib.
Konfransın təşkilatçıları Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azerbaijan) və Vergilər Nazirliyidir.
“Biz vergi ödəyiciləri ilə tərəfdaşlıq münasibətləri qurmaq niyyətindəyik. Fikrimizcə, bu cür münasibətlər Azərbaycanda könüllü vergi ödənişinin səviyyəsini artırmağa imkan verəcək. Ötən ilin sonunda Vergilər Məcəlləsinə nazirliyin vergi ödəyiciləri ilə tərəfdaşlıq sazişləri imzalamasına imkan verən müvafiq dəyişikliklər edilib”, - deyə N.Əmirov bildirib.
Onun sözlərinə görə, hazırda tərəfdaşlığa dair sazişlə əlaqədar normativ sənədlər paketinin razılaşdırılması prosesi başa çatır. “Bundan sonra biz vergi ödəyiciləri ilə bu cür sazişlər imzalamağa başlayacağıq. Bununla yanaşı, sahibkarlar arasında heç bir məhdudiyyətlər qoymayacağıq. Bu cür sazişlərin bəndlərinə riayət edə biləcəklərini hesab edən vergi ödəyiciləri həmin sazişləri bağlamaq üçün Vergilər Nazirliyinə müraciət edə bilərlər”, - deyə o qeyd edib.
N.Əmirov vurğulayıb ki, Vergilər Nazirliyi 2021-ci ilə qədər vergi inzibatçılığını təkmilləşdirməyi və Azərbaycanda vergi qanunvericiliyini Avropa İttifaqı standartları səviyyəsinə çatdırmağı planlaşdırır.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev konfransda çıxışında qeyd edib ki, Azərbaycanda Vergi Məcəlləsi 2001-ci ildən qüvvədədir. “2001-2012-ci illər ərzində Vergi Məcəlləsinə 815 dəyişiklik edilib. Bu dəyişikliklərin 176-sı ötən ilin sonunda edilib. Bununla yanaşı, Məcəlləyə son dəyişikliklər qanunvericilkdə yeni anlayışlar tətbiq etməyə imkan yaradıb: sənaye və texnoparklar, tərəfdaşlığa dair sazişlər, vergi riskləri və onların minimallaşdırılması, elektron audit”, - deyə o vurğulayıb.
A.Musayev hökumətin iyunun sonuna kimi tərəfdaşlığa dair sazişlərin tətbiqi ilə əlaqədar sənədlər paketini təsdiq edəcəyinə ümidvar olduğunu bildirib. “Vergi ödəyiciləri ilə bu cür sazişlərin imzalanması vergi sahəsində “nümunəvi vergi ödəyicisi” anlayışının tətbiqinə imkan yaradacaq”, - deyə o qeyd edib.
Müzakirələr zamanı N.Əmirov bildirib ki, vergi məsləhətçiləri institutunun genişləndirilməsi lazımdır. “Gələcəkdə vergi qanunvericiliyinin təkmilləşdiriməsinə dair təkliflərimiz vergi orqanları və vergi ödəyiciləri arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə yönələcək”, - deyə o qeyd edib.
Vergilər nazirinin birinci müavinin fikrincə, bu, Azərbaycanın ilk növbədə, qeyri-neft sektorunun inkişafı hesabına 2021-ci ilə qədər ÜDM-in iki dəfə artırılması planları ilə əlaqədar aktual məsləyə çevrilir. “Yaxın 6-7 ildə qeyri-neft sektorunun inkişafı hökumət üçün əsas prioritet olacaq”, - deyə N.Əmirov əlavə edib.
Konfrans zamanı “AmCham Azerbaijan”ın hazırladığı «Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr» adlı sənəd müzakirə olunacaq.
“AmCham Azerbaijan” vergi qoyma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 240-dən artıq yerli və xarici şirkəti birləşdirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət