2013-cü ilin yanvar-may aylarında Azərbaycanda 22,1 mlrd.. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5% çox ümumi daxili məhsul istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Yanvar-may aylarında qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 11% artıb, onun ÜDM-də xüsusi çəkisi 52,5% təşkil edib.
Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində 1,4% az əlavə dəyər istehsal edilib.
DSK-nın məlumatına görə, ÜDM-in 62,7%-i istehsal sahələrində, o cümlədən 50,2%-i sənayedə, 9,7%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 30,9%-i isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4%-ni təşkil edib.
Cari ilin beş ayı ərzində tikintidə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,7%, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20,3%, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,8%, informasiya və rabitə xidmətlərində 7,9%, nəqliyyat və anbar təsərrüfatında 5,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,2%, sosial və digər xidmət sahələrində 2,9% artıb.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2389 manat (3044,4 ABŞ dolları) təşkil edib və 3,1% artıb.
Azərbaycan hökuməti 2013-cü ildə ÜDM artımıını 5,3% səviyyəsində proqnozlaşdırır.
2012-ci ildə respublikada ÜDM 2,2% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət