Nəqliyyat Nazirliyi iyunun sonuna kimi Bakıda ictimai nəqliyyatda kart ödəniş sistemini tətbiq edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə nazirliyin mətbuat katibi Namiq Həsənov çərşənbə günü jurnalistlərə məlumat verib.
“İctimai nəqliyyatda plastik kartların tətbiqinə iyun ayında başlanacaq. Bu, “Bank of Azerbaijan” tərəfindən buraxılan və iki dizaynda hazırlanan plastik kartlar olacaq. Artıq 200 min kart hazırlanıb. Lakin bu kartların kütləvi tətbiqi üçün onarın sayı 500 mindən az olmamalııdır. Bir kartın qiyməti 1 manat təşkil edə bilər, lakin bu rəqəm hələ müzakirə olunur”, - deyə N.Həsənov bildirib.
Onun sözlərinə görə, Bakıda ilkin mərhələdə 29 marşrutu əhatə edən 500 avtobus kart ödəniş sistemi üçün avadanlıqla təmin olunacaq.
“Hazırda 100 avtobus müvafiq avadanlıqla təchiz olunub. Kartların əldə olunması məqsədilə 5000 satış məntəqəsi açılacaq. Bu proqram 2013-2014-cü illər üçün nəzərdə tutulub. Bu müddət ərzində kart ödəniş sistemi bütün paytaxt avtobuslarında tətbiq edilməlidir”, - deyə N.Həsənov qeyd edib.
O, həmçinin vurğulayıb ki, kartlar vasitəsilə həm avtobus, həm də metroda ödəniş etmək mümkün olacaq.
“Bakı Metropoliteni ilə müvafiq müzakirələr aparılıb və bu təşkilatın rəhbərliyinin razılığı alınıb. Bundan başqa, gedişə görə plastik kartlar həm də digər növ məhsul və xidmətlərin ödənilməsi üçün adi bank kartları kimi istifadə oluna bilər”, - deyə o vurğulayıb.
N.Həsənov məlumat verib ki, plastik kartların tətbiqinin ilkin mərhələsində paralel olaraq nağd ödəniş sistemi də qüvvədə olacaq.
“Bundan başqa, daşıyıcı şirkətlərlə kart ödəniş sisteminin tətbiqindən sonra sürücülərin əmək haqqının məbləğinə dair danışıqlar aparılıb. Şirkətlər bildiriblər ki, sürücülərə ayda 700-800 manat əmək haqqı verməyə hazırdırlar”, - deyə o qeyd edib.
N.Həsənov deyib ki, Nəqliyyat Nazirliyi paytaxtın avtobus parkının artırılması üzrə işləri davam etdirir. İndiyədək bu məqsədlərə 33 mln. manat büdcə vəsaiti sərf olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət