Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyatında Atatürkün yaxın dostu İbrahim Əbilovun ölümünün 90 illiyinə “Qazi Mustafa Kamalın dostu İbrahim Əbilov” adlı kitab türk dilinə tərcümə edilərək nəşr olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Nəşr həmçinin Mustafa Kamal Atatürkün anımının 75, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub.
Kitabın müəllifləri AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və yazıçı-jurnalist Akif Axundovdur.
“Kitabda türk tarixində, diplomatiya və dövlət quruculuğu sahələrinin inkişafında mühüm rol oynayan görkəmli şəxsiyyətlərdən bəhs edilir və bütün türk millətinə hədiyyədir”, - deyə AMEA-dan qeyd olunub.
Yeni nəşrdə Atatürkün başçılığı ilə cümhuriyyətin elanından əvvəl gerçəkləşən Qurtuluş Savaşında böyük köməyi olan Azərbaycan türklərinin fəaliyyətindən danışılır. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın dostu və Ankara şəhərində səfir vəzifəsini icra edən İbrahim Əbilovun Türkiyədə olduğu müddətdə türkçülüyə xidmət etməsi barədə məlumat verilir.
Bundan başqa, kitabda Nəriman Nərimanov, Abasqulu bəy Şadlınski, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və digərləri haqqında məlumatlar toplanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət