Azərbaycanın görkəmli rəssamı Toğrul Nərimanbəyovun xatirəsi Parisdə ehtiramla yad olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirdə çıxış edərək sənətkarın yaradıcılığından danışıb, onun Azərbaycan rəssamlıq sənətinə əvəzsiz töhfələr verdiyini, yaratdığı əsərlərin təkcə ölkəmizdə deyil, vətənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını diqqətə çatdırıb.
Bundan başqa, tədbirdə rəssamın qızı, əməkdar rəssam Əsmər Nərimanbəyova, həmçinin Fransanın Azərbaycandakı birinci səfiri Jan Perren iştirak ediblər.
SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov bu il iyunun 2-də 82 yaşında Parisdə vəfat edib.
Parisə gələn Ə.Nərimanbəyova rəssamın nəşinin Bakıya gətirilməsi ilə bağlı problemlə üzləşib. Belə ki, rəssamın ikinci həyat yoldaşı Sevinc Nəcəfzadə rəssamın Parisdə dəfn olunmasında israr edir. Ə.Nərimanbəyovanın sözlərinə görə, atası Azərbaycanda dəfn olunmasını istəyirdi. Hazırda rəssamın nəşi morqdadır. Atasının ikinci ailəsi ilə problemi həll etmək üçün Ə.Nərimanbəyova fransız vəkil tutub. Azərbaycanın Fransadakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi Ə.Nərimanbəyovaya köməklik göstərir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət