İyunun 13-də Bakıda “ITE Group” və Xəzər regionunda onun eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkil etdiyi XII Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika («TransCaspian 2013») illik sərgisinin açılışı olacaq.
“Bu il sərgidə dünyanın 20 ölkəsindən 90 şirkət iştirak edəcək. 2012-ci illə müqayisədə ekspozisiyanın sahəsi 20% artıb. Sərgi iştirakçılarının təxminən 40%-i öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. İştirakçıların 50%-ni xarici eksponentlər təşkil edir”, - deyə sərginin meneceri Orxan Məmmədov çərşənbə günü mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, xarici ekspozisiyada Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan şirkətlər təmsil olunacaq. İştirakçı ölkələr arasında İsveç və Rumıniya ilk dəfə təmsil olunur.
“TransCaspian” təcrübə mübadiləsi, bazarın qiymətləndirilməsi, işgüzar görüşlərin keçirilməsi və yeni əlaqələrin qurulması üçün yaxşı imkan yaradacaq. Sərgi iyunun 15-də başa çatacaq”, - deyə O.Əhmədov vurğulayıb.
“TransCaspian” sərgisi ilə paralel olaraq iyunun 13-dən 15-dək “Baku Expo Center”də III Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi (“Road & Traffic”) keçiriləcək.
Bu il sərgidə 62 şirkət iştirak edəcək. Bunlardan Yunanıstan, İtaliya və Sinqapurdan olan şirkətlər ilk dəfə təmsil olunur. Ümumilikdə ötən illə müqayisədə sərginin sahəsi 20% artıb. Yeni iştirakçılar sərginin ünumi sahəsinin 30%-ni tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət