Bakı-Tbilisi-Qars dəmir yolu 2014-cü ilin sonunda istismara veriləcək. Bu barədə cümə axşamı jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəis müavini Qurban Nəzirov məlumat verib.
“Tikinti işləri qrafikə uyğun aparılır. Dəmir yolu 2014-cü ilin sonunda istismara veriləcək. Bu, tunelin tikintisi ilə bağlı texniki məsələlər, eləcə də təşkilati və inzibati məsələrin həlli ilə əlaqədardır”, - deyə Q.Nəzirov bildirib.
Onun sözlərinə görə, layihənin dəyəri dəyişməyib. “Layihə çərçivəsində vəsaitlərin 50%-i artıq sərf olunub”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı- Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Hazırda dəmir yolunun Gürcüstan hissəsində, xüsusilə də Türkiyə ilə sərhəddə intensiv tikinti işləri aparılır.
İlkin mərhələdə bu dəmir yolu ilə yüklərin nəqlinin həcmi illik 5 mln. ton səviyyəsində olacaq. Gələcəkdə yük daşımalarının həcminin ildə 15-17 mln. tonadək artacağı gözlənilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət