Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədli Cənubi Qafqaz xalqlarının daha yaxşı qarşılıqlı anlaşması üçün regionda “mədəniyyət dəhlizləri”nin yaradılmasının vacibliyini qeyd edir.
“Bir etnoloq kimi düşünürəm ki, bu, mütləq olmalıdır. “Mədəniyyət dəhlizləri” yalnız Cənubi Qafqaz ölkələri arasında deyil, ölkəmizin daxilində də yaradılmalıdır. Məsələn, əgər Qafqaz Albaniyası mövzusunu götürsək, bu mövzu böyük hissəsinin bərpa edildiyi qədim alban məbədlərinin olduğu bir çox şəhər və regionlarımızı birləşdirəcək”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib. Ə.Məmmədlinin sözlərinə görə, o, gənclərin nəinki alban, həm də yanaşı yaşayan xalqların mədəniyyət və adət-ənənələri ilə çox az tanış olmaları faktına tez-tez rast gəlir.
“Ola bilsin ki, “Azərbaycan - etnosların xəzinəsi” mövzusunda mədəniyyət dəhlizi layihəsi qonşu xalqların mədəniyyəti ilə daha dərin təmas qurmağa kömək edəcək”, - deyə Ə.Məmmədli bildirib. O, həmçinin ölkədə azsasylı xalqların kompakt yaşadığı yerlərə turların təşkili mümkünlüyünü da qeyd edib. Belə turlar turistlərə azsaylı xalqların maddi və mənəvi mədəniyyəti ilə tanış olmaq imkanı yarada bilər.
“Əminəm ki, belə layihələr yalnız xarici turistlər üçün deyil, gənclərimiz üçün də maraqlı olacaq. Lakin bu layihələr hazırlanarkən gənclərin tələbləri nəzərə alınmalıdır. Müxtəlif sənətkarlıq mərkəzləri mövzusu ilə bağlı mədəniyyət dəhlizi də maraq doğura bilər, - deyə alim qeyd edib.
Ə.Məmmədli söyləyib ki, mövcud tolerantlıq səviyyəsi ilə kifayətlənmək olmaz. Onun fikrincə, bu sahə daim təkmilləşdirilməlidir.
“Tolerantlığın qorunub saxlanması üçün daim iş aparmaq lazımdır, başqa ölkələrin təcrübəsi göstərir ki, bu gün tolerantlıq təzyiqə məruz qalır. Hətta ildə bir dəfə ən yaxşı səviyyədə təşkil edilmiş milli azlıqların bayramı və ya Mədəni Müxtəliflik Günü hələ problemi həll etmək demək deyil. Tolerantlığın həyat normasına çevrilməsi üçün o, həyatımızın daimi tələbatına çevrilməlidir”, - deyə alim vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət