“Azəryolservis” ASC Azərbaycanın cənubunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 10 kilometrlik hissəsinin yenidən qurulması üçün podratçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Görüləcək işlərə uzunluğu 10 km, eni 5,5 metr təşkil edən birzolaqlı yolun bərpa edilməsi daxildir. Bərpa işləri zamanı yolun yeni hissələrinin tikintisi, yol örtüyünün dəyişdirilməsi planlaşdırılır.
Tikinti işləri Asiya İnkişaf Bankının (AİB) krediti hesabına həyata keçiriləcək.
Tenderdə iştirak haqqı 200 manat ($250) təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2013-cü il iyulun 17-nə qədər təkliflərini təqdim etməlidirlər. Tender proseduru da iyulun 17-də keçiriləcək.
İllik minimal dövriyəsi son üç il ərzində $4,7 mln. təşkil etmiş; son 5 ildə dəyəri ən azı $1,9 mln.-a bərabər olan minimum iki analoji layihə həyata keçirmiş; yol örtüyünün salınmasında təcrübəsi olan şirkətlər tenderdə iştirak edə bilərlər.
2008-ci ildə AİB Azərbaycanın yol sektorunun inkişafının kreditləşdirilməsi proqramı üçün $500 mln. vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsaitin $200 mln.-u Masallı, Lənkəran və Astara rayonlarında avtomobil yollarının yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB-in respublikada energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahəsində layihələri üzrə kredit portfeli $1,1 mlrd.-dan çox təşkil edir.
Bank 2012-ci ildə Azərbaycanda layihələrin həyata keçirilməsinə $250 mln. kredit ayırıb, 2013-cü ildə $155 mln., 2014-cü ildə $170 mln. vəsait ayıracaq.
Bundan başqa, qeyd olunan üçillik dövr ərzində bank Azərbaycana $3,25 mln. qrant ayırmağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət