Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Qusar şəhərində obyektin (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi üzrə müsabiqə elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
ƏMDK-nın elanına əsasən, F.Musayev, 123 ünvanında yerləşən, ümumi sahəsi 8,7 kv. m olan obyekt icarəyə verilir. Həmin obyekt rabitə xidmətləri təklif edir və Qusar rayonunun “Aztelekom” İstehsalat Birliyinin telekommunikasiya qovşağının balansındadır. Xüsusilə üçmərtəbəli binanın üçüncü mərtəbəsinin bir hissəsi icarəyə verilir. Obyekt istifadə üçün yararlı vəziyyətdədir.
Obyektə görə ilkin icarə haqqı bir kvadratmetr üçün 5,69 manat təşkil edir.
Müsabiqənin şərtlərinə görə, icarəyə göturən fəaliyyət profilini saxlamaqla bu obyektin istifadəsini təmin etməyi və onun ərazisində yerləşən müəssisənin işinə problem yaratmamağı, birgə istifadə olunan kommunikasiya xətlərinə ziyan vurmamağı, obyektin xarici görünüşünü və memarlıq elementlərini saxlamağı öhdəsinə götürür.
Müsabiqədə həm yerli, həm də xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.
İcarə haqqında müqavilə müsabiqənin yekunlarına dair protokol təsdiq olunduqdan sonra 20 gün ərzində imzalanmalıdır.
Müsabiqədə iştirak etmək üçün ərizələr iyulun 16-dək qəbul olunur. İştirakçıların müsabiqə təklifləri elə iyulun 16-da qiymətləndiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət