Heydər Əliyev adına Hərbi Liseydə kursantların 13-cü buraxılış mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Müasir Azərbaycan ordusunun bütün inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin gərgin əməyinin, yorulmaz dövlətçilik fəaliyyətinin nəticəsidir”,- deyə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərkən bildirib. O vurğulayıb ki, ölkənin müstəqilliyinin simvolu olan Milli Ordunun yaradılması H.Əliyevin 20 il öncə hakimiyyətə qayıdışının nəticəsidir və bununla əlaqədar Azərbaycanda Milli Qurtuluş Günü təsis edilib. “Ordu xalqın əmin-amanlıqda yaşaması, dövlətin və ölkənin müstəqil olması üçün vacib şərtdir”, - deyə Naxçıvan MR başçısı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər görülür, hərbi hissə və birləşmələrin döyüş qabiliyyəti artırılır. Şəxsi heyət üçün əsgəri-yaşayış-məişət kompleksləri, təlim mərkəzləri tikilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, birləşmə və bölmələrin maddi-texniki bazası davamlı olaraq gücləndirilir. Ordunun qüdrəti təkcə ona verilmiş texnika və silah-sursatın həcmi ilə ölçülmür. Ordu o zaman qüdrətli olur ki, orada milli ruhlu, vətənpərvər şəxsi heyət xidmət etsin”, - deyə Ali Məclisin sədri vurğulayıb. O qeyd edib ki, peşəkar zabit heyəti yaradılmadan ordunu idarə etmək, döyüş tapşırıqlarını yerinə yetirmək mümkün deyil. Vahid komandanlığa tabe olan nizam-intizamlı və mütəşəkkil ordu peşəkar kadrların hesabına inkişaf edə və möhkəmlənə bilər. “Siz ümummilli lider H.Əliyevin adını daşıyan hərbi liseydə təhsil almaqla ordu quruculuğunun tərkib hissəsi olan hərbi təhsil sistemini mənimsəyir, hərbi peşəyə yiyələnirsiniz. Özünü bu fəxri hərbi peşəyə həsr etmək yolunu tutan hər bir kursant qarşısında mühüm vəzifələr dayanır. Siz təhsilinizi davam etdirəcəyiniz ali hərbi məktəblərdə və xidmət edəcəyiniz hərbi hissələrdə örnək olmalısınız. Milli ordumuzun zabitləri olaraq çiçəklənən və qüdrətli Azərbaycanın dövlət müstəqilliyinin şərəflə qorunması qarşınızda duran bir nömrəli vəzifə olmalıdır”, - deyə V.Talıbov kursantlara müraciət edərək vurğulayıb. O qeyd edib ki, kursantlar vətənə və dövlətə, ümumilli liderin və Ali Baş Komandanın ideyalarına sadiq olmalı, doğma torpaqları göz bəbəyi kimi qorumalıdırlar.
V.Talıbov kursantlara hərbi təhsildə və xidmətdə uğurlar arzulayıb, liseyin əlaçı kursantlarına attestatlar təqdim edib, onları və Hərbi Liseyin bir sıra zabit və müəllimlərini qiymətli hədiyyələrlə mükafatlandırıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət