“Azərsu” ASC avqust ayında Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan su kəmərinin inşasını başa çatdıracaq. Bu barədə ASC-dən məlumat verilib.
“Tikinti işləri Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası çərçivəsində aparılır. Hazırda magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan 61 km-lik hissəsinin 33 km-də işlər yekunlaşıb. Bu hissəsinin tikintisi avqust ayında tam yekunlaşacaq”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası çərçivəsində kəmərin qalan hissəsində qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir. Abşeron rayonu ərazisində “+ 118 Atyalı” su anbarı inşa edilir. Bundan başqa, Ceyranbatan sutəmizləyici qurğular kompleksindən həmin anbara qədər uzunluğu 11 km olan xəttin tikintisi yekunlaşmaq üzrədir.
“Qabaqcıl texnologiyalardan istifadə Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin tikintisinin vaxtından əvvəl başa çatdırılmasına imkan verəcək", - deyə məlumatda qeyd olunur.
Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
“Qeyd olunan Dövlət Proqramı çərçivəsində “Azərsu” Bakı şəhəri və Abşeron rayonunun 36 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə kompleks işlər həyata keçirir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq”, - deyə məlumatda bildirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət