Azərbaycan torpaqlarının işğalının davam etməsi problemi və bu torpaqların yerli əhalisinin öz doğma yurdlarından ayrı düşməsi onlara öz ənənələrini inkişaf etdirməyə imkan vermir və nəticə etibarı ilə Azəraycanın inkişafına mane olur. Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov belə hesab edir.
K.İmanov çərşənbə günü “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusuna həsr olunmuş Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxış edib.
“Avropada ilk dəfə olaraq Azərbaycanda folklorun mühafizəsi və ifadəsi haqqında qanun fəaliyyət göstərir. Torpaqlarımızın 20%-i işğal edilib, qədimdən burada yaşayan sakinlər öz ənənələrini, həmçinin bu regionu həmin ənənələr, böyüyüb yetişdikləri coğrafi ekoloji mühit çərçivəsində inkişaf etdirmək imkanından məhrumdurlar”, - deyə o bildirib.
Agentliyin rəhbəri deyib ki, bu, yalniz siyasi deyil, həm də milli xarakterli faciədir və Azərbaycanın inkişafına əngəl olur.
K.İmanov qeyd edib ki, ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi onu göstərir ki, Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyəti və siyasətində mədəni müxtəliflik və multikulturalizm xüsusilə nəzərə çarpdırılır.
“Bundan əlavə, xalqımızın tolerantlığı, mədəni hüquqların mühafizəsi diqqətə çatdırılır - bütün bunlar ölkə rəhbərliyinin siyasi iradəsinin nəticəsidir. Azərbaycanda mədəni hüquqların ayrılmaz hissəsi olan əqli mülkiyyətin təmin edilməsi sahəsində 10 qanun fəaliyyət göstərir, Azərbaycan bu sahədə UNESKO və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının hamiliyində olan bütün beynəlxalq konvensiyaların iştirakçısıdır”, - deyə o bildirib.
Agentliyin rəhbəri söyləyib ki, əqli mülkiyyət anlayışı “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında səkkiz bənddə verilib və prioritet istiqamət kimi qeyd edilir.
“2020 konsepsiyası çərçivəsində bizim quruma ümumi daxili məhsula kreativ iqtisadiyyatın töhfələrinin daha da artırılması məsələləri ilə məşğul olmaq tapşırılıb, 10 il əvvəl bu töhfə 2,1% təşkil edirdisə, hazırda bu göstərici 4,5%-ə çatır və sivil dünyanın meyarıdır”,- deyə K.İmanov vurğulayıb.
“Bizim qarşımızda inkişaf etmiş ölkələr sırasına daxil olmaq vəzifəsi durur. Azərbaycanın böyük iqtisadi göstəriciləri var - ölkə üçqat iqtisadi artıma malikdir, 2020-ci ilədək bu göstəricinin daha iki dəfə artırılması planlaşdırılır. Konsepsiya insan kapitalına yönəlib”, - deyən agentliyin rəhbəri əlavə edib ki, Azərbaycanda mədəni ənənələr böyük rol oynayıb və oynayacaq.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət