2021-ci ilə qədər Azərbaycanın qeyri-neft sektorunun xüsusi çəkisi ÜDM-in 80%-nə çatacaq. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova cümə günü bəyan edib.
“Biz gələcəyə nikbin baxırıq. “Azərbaycan 2020: Gələcəyə baxış” strategiyasına əsasən, 2021-ci ilə qədər Azərbaycan rəqabətqabiliyyətli tərəfdaş olmalıdır. Strategiya ilk növbədə, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası hesabına Azərbaycanda ÜDM-in iki dəfə artımını nəzərdə tutur. 2021-ci ilə qədər qeyri-neft sektorunun xüsusi çəkisi ÜDM-in 80%-ni təşkil edəcək”, - deyə S.Həsənova Azərbaycan biznes forumunda bildirib.
Biznes forumun təşkilatçıları Azərbaycan hökuməti və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (QDTİB).
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün Azərbaycanın qeyri-neft sektorunun illik inkişaf tempi ən azı 7% təşkil etməlidir.
S.Həsənova qeyd edib ki, strategiyaya əsasən, 2021-ci ilə qədər Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı 5 dəfə artmalıdır.
Nazir müavini vurğulayıb ki, strategiya çərçivəsində Azərbaycan hökuməti əlverişli biznes mühitin yaradılması üçün institusional islahatlar aparmaqda, sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdə, inkişaf klasterləri (müxtəlif texniki parklar, sənaye parkları) yaratmaqda davam edəcək, tranzit daşımalarını sadələşdirəcək.
2012-ci ilin yekunları üzrə qeyri-neft sektorunun xüsusi çəkisi ÜDM-in 52,7%-ni təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət