İqtisadiyyatın diversifikasiyası Azərbaycan hökumətinin əsas vəzifəsidir. Bu barədə maliyyə naziri Samir Şərifov cümə günü Azərbaycan biznes forumunda bəyan edib.
“Bu gün Azərbaycanda ÜDM-in 80%-i özəl sektor vasitəsilə formalaşır. Son 10 il ərzində qeyri-neft sektorunda ÜDM-in artım tempi ildə orta hesabla 8% təşkil edib. Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub, iqtisadiyyata milyardlarla investisiyalar yatırılıb”, - deyə S.Şərifov bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın qarşısında yeni çağırışlar durur. “Bu, iqtisadiyyatın diversifikasiyası, 2020-ci ilə qədər olan dövr üçün ÜDM-in iki dəfə artırılması, nəqliyyat, logistika, tranzit infrastrukturu və informasiya texnologiyalarının inkişafıdır”, - deyə o qeyd edib.
S.Şərifov vurğulayıb ki, Azərbaycan regional əməkdaşlığın genişləndirilməsində, eləcə də kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün kreditlər ayıran Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə əməkdaşlıqda maraqlıdır.
Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko çıxışında vurğulayıb ki, DB qeyri-neft sektorunun inkişafı, insan kapitalının yaxşılaşdırılması üçün təhsil sistemində islahatlar məsələlərində Azərbaycan hökumətinə dəstək göstərir. “Biz gələcəkdə də Azərbaycanda bu və digər sektorların inkişafına dəstək göstərmək niyyətindəyik”, - deyə o əlavə edib.
Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Cənubi Qafqaz ölkələri üzrə regional meneceri Tomas Lubek vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün koprorasiya respublikada üç istiqamətdə layihələrin reallaşdırılmasını davam etdirməyi planlaşdırır: biznes mühitin yaxşılaşdırılması və qanunvericliyin təkmilləşdirilməsi, icazələrin verilməsi sisteminin təkmilləşdirilməsi, biznes strukturlarında yoxlamaların sayının azaldılması. “İndiyədək İFC Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı layihələrin həyata keçirilməsinə $350 mln. məbləğində vəsait təqdim edib”, - deyə o əlavə edib.
Biznes forumun təşkilatçıları Azərbaycan hökuməti və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (QDTİB).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət