Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı yeni e-xidməti əhalinin istifadəsinə verib. Bu barədə fondun məlumatında bildirilir.
Yeni e-xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir. Yeni e-xidmət elektron hökumət portalının (www.e-gov.az) “Qeydiyyatsız xidmətlər” bölməsində yerləşdirilib.
“Xidmətdən istifadə qaydaları olduqca sadədir. Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ni, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər”, - deyə məlumatda qeyd edilir.
SUN sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Sığortaedən bu nömrəni əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanı qazanır.
“Bu xidmətin istifadəyə verilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin asanlaşdırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına gətirib çıxaracaq”, - deyə məlumatda vurğulanır.
Ötən ayların statistikasına əsasən, DSMF tərəfindən göstərilən e-xidmətlər əhalinin ən çox müraciət etdiyi e-xidmətlərdir. "Pensiya kapitalı barədə məlumat", "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" və digər e-xidmətlər "Elektron hökumət" portalı vasitəsilə ən cox istifadə olunan elektron xidmətlər sırasında yer alıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət