Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş guşə yaradılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytında məlumat verilir.
Guşədə qədim Gəncənin XII əsrə aid maketi nümayiş etdirilir. Maket əməkdar elm xadimi, tarixçi alim İshaq Cəfərzadənin məsləhətləri əsasında hazırlanıb.
Məhsəti Gəncəvinin əməkdar incəsənət xadimi, heykəltəraş Münəvvər Rzayeva tərəfindən yaradılmış heykəli ekspozisiyada xüsusi yer tutur.
“Azərbaycanın tanınmış fırça ustaları Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, rəssamlar Elçin Aslanov, Stanislav Şatıkov Məhsəti yaradıcılığına müraciət edib, onun əsərlərinə illüstrasiyalar çəkiblər. Bu baxımdan guşədə nümayiş etdirilən “Orta əsrlərə aid miniatürlərdə Məhsəti surəti”, “Məhsəti Gəncəvi nəğmələri”, “Məhsəti rübailəri” mövzusunda improvizələr” adlı əsərlər, Məhsəti Gəncəvi qəhrəmanlarının rəsmləri Azərbaycan rəssamlığının dəyərli incilərindən hesab oluna bilər”, - deyə AMEA-dan qeyd olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət