İran İslam Respublikası dini liderinin Təbrizdəki nümayəndəsi ayətullah Möhsün Müctəhid Şəbüstəri Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyini bəyan edir.
“Dağlıq Qarabağın Azərbaycana qaytarılması İranın rəsmi mövqeyidir. İran Dağlıq Qarabağın müsəlman əhalisinə kömək etməyə hazırdır”, - deyə ayətullah Şəbüstəri Azərbaycanın Azad Qarabağ Uğrunda Alyansının nümayəndələri ilə görüş zamanı bildirib.
“Qarabağ da Fələstin kimi islam dünyasının bir hissəsidir. Bizim üçün Qarabağ məsələsi Fələstin məsələsinə bənzəyir. Biz ayrılmaz müsəlman ərazilərinin zəbt edilməsi faktını biabırçı hesab edirik”, - deyə İran mətbuatı ayətullah Şəbüstərinin sözlərindən sitat gətirib.
Müqəddəs Qurandan məzlum insanların nəticədə qələbə qazanacağından bəhs edən ayə oxuyan ayətullah vurğulayıb ki, bütün islam dünyasında vətənpərvərlik ruhu qalib gəlməlidir.
“Yalnız dua və yalvarışa ümid bağlamaq lazım deyil. Hərəkət etmək lazımdır. Bütün dünyada islam bayraqları dalğalansın deyə islam dünyasında vətənpərvərlik ruhu qalib gəlməlidir, xüsusilə də şiə ölkələri olan İran və Azərbaycanda”, - deyə M.Şəbüstəri qeyd edib.
O, həmçinin vurğulayıb ki, məscidlərin dağıdıldığı Dağlıq Qarabağ müsəlman torpağı olmaqla yanaşı, həm də Azərbaycanın ayrılmaz hissəsidir.
Ayətullah Şəbüstərinin sözlərinə görə, müəyyən edilmiş qaydaya əsasən, İran zülmkarları deyil, məzlumları dəstəkləyir və bu məsələnin ədalətli sülh əsasında həllinə kömək etməyə hazırdır.
“Biz Dağlıq Qarabağın rəhmsiz qəsbkarlarını dəstəkləmirik. Bütün dünya zalımları tanıyır. Biz Azərbaycanın müsəlmanlarını dəstəkləyirik”, - deyə Əli Xamneyinin nümayəndəsi bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət