“Şahdəniz” konsorsiumu İtaliya və Yunanıstan şirkətlərlə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının alqı-satqısı ilə bağlı danışıqları başa çatdırıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə vitse-prezidenti Alasder Kuk cümə günü Bakıda keçirilən mətbuat konfransında məlumat verib.
“Avropa alıcıları Azərbaycan qazını almaq istəyirlər. Biz artıq qazın Avropaya nəzərdə tutulan ixrac həcmindən (illik 10 mlrd. kubmetr) 3 dəfə artıq həcmdə qazın alışına dair təkliflər almışıq. Hazırda İtaliya və Yunanıstanın bir sıra şirkətləri ilə danışıqlar praktiki olaraq başa çatıb, qazın satış şərtləri razılaşdırılıb”, - deyə A.Kuk bildirib.
Onun sözlərinə görə, İtaliyada Azərbaycan qazını almaq istəyən qaz şirkətləri var.
“Bu şirkətlər beş müxtəlif ölkəni təmsil edir. Əminik ki, qaz İtaliyaya, xüsusilə də ölkənin şimalına nəql ediləcək. Bunun üçün lazımi potensial mövcuddur”, - deyə o qeyd edib.
O əlavə edib ki, Azərbaycan qazının satışına dair digər ölkələrlə danışıqlar davam edir.
“Xüsusilə Bolqarıstanla qaz satışına dair danışıqlar aparılır. “Şahdəniz” konsorsiumu yaxın bir neçə həftə ərzində TAP layihəsində pay əldə etməkdə maraqlı olduğunu bildirəcək”, - deyə A.Kuk qeyd edib.
O, həmçinin məlumat verib ki, Azərbaycan qazının Avropaya ixrac marşrutunun TAP və “Nabucco-West” layihələri arasında seçimi 8 meyar üzrə həyata keçirilib.
“Bu iki layihə arasında kommersiya baxımından ciddi fərqlər var, qaz nəqlinin qiymətləri də fərqlənir”, - deyə A.Kuk vurğulayıb.
Cümə günü “Şahdəniz” konsorsiumu TAP qaz kəmərinin inşası layihəsini rəsmi olaraq “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın Avropaya ixrac marşrutu elan edib.
Avstriyanın “OMV” şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir ki, “Şahdəniz” “Nabucco Gas Pipeline International GmbH”in səhmdarı kimi “OMV”yə Avropaya qaz nəqli üçün üstünlük verilən marşrutla bağlı qərarını bildirib. “Nabucco West” layihəsi konsorsium tərəfindən seçilməyib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco West” layihəsi “Nabucco” boru kəmərinin qısaldılmış variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinədək qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKOIL” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir. “Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə nəzərdə tutulub. İllik hasilatın həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət