“FINCA Azerbaijan” bank olmayan kredit təşkilatı 10 mln. manat məbləğində istiqraz yerləşdirib. Bu barədə BOKT-dan məlumat verilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 10 min istiqraza bölünüb. Üçillik istiqrazlar üzrə gəlirlilik ildə 11,5% təşkil edir.
Məlumatda qeyd olunur ki, “FINCA Azerbaijan” istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaiti 30 iyun 2013-cü il tarixinə 140 mln. manata bərabər olan kredit portfelinin artırılmasına yönəltməyi planılaşdırır.
“Bu mühüm əməliyyat yerli valyuta ehtiyatlarının artımını təmin etməklə bizim maliyyə mənbələrimizin diversifikasiyasına imkan yaradacaq və FINCA brendinin yerli maliyyə bazarlarında yüksəlməsinə təkan verəcək”, - deyə məlumatda "FINCA Azerbaijan"ın baş maliyyə direktoru Marko de Nataleyə istinadən bildirir.
Qiymətli kağızların Bakı Fond Birjasında yerləşdirilməsində anderrayter rolunda “PAŞA Bank” / “PAŞA Kapital” şirkəti çıxış edir.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, bu, Azərbaycanın mikromaliyyə təşkilatı tərəfindən ilk ictimai emissiyadır və “PAŞA Bank” maliyyə icmasının yerli kapital bazarlarına çıxışı ilə inkişafa nail olmasına köməklik etməkdən məmnundur. "FINCA Azerbaijan"ın ən böyük və ən nüfuzlu BOKT olduğunu nəzərə alaraq bu layihə “PAŞA Bank” üçün Azərbaycanın mikromaliyyə sektorunun inkişafına mühüm töhfədir.
Məlumatda vurğulanır ki, 15 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən “FINCA Azerbaijan” BOKT yaranma tarixindən bu günədək müştərilərinə 635 milyona yaxın ABŞ dolları məbləğində kreditlər verib.
1998-ci ildə təsis edilən “FINCA Azerbaijan” aparıcı bank olmayan kredit təşkilatlarından biridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət