Türkiyənin “PolatYolYapiSanayi ve Ticaret A.S.” şirkəti Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 44,6-67,5 km və 67,5-91,04 km hissəsində genişləndirmə işləri həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə
“Azəryolservis” ASC-dən məlumat verilib.
“İki zolaqlı yolun dörd zolağa qədər genişləndirilməsi nəzərdə tutulur. Podratçının seçilməsi üzrə tenderdə 5 şirkət iştirak edib: “Euroascon” və “Azərinşaatservis” ASC (Azərbaycan), “PolatYolYapiSenaye ve Ticaret A.S.” və “Ozgun YapiSanayi ve Ticaret A.S” (Türkiyə), “MSF Engeneria S.A (Portuqaliya)”, - deyə SC-nin nümayəndəsi qeyd edib.
Beş şirkətin tender təkliflərinin qiymətləndirilməsinin yekunları üzrə xidmətlərinə görə ən aşağı qiymət təklif edən “PolatYolYapiSanayi ve Ticaret A.S.” şirkəti qalib seçilib. Şirkət Lot№1 üzrə 39 mln. 733 min 869,66 manat, Lot№2 üzrə 47 mln. 754 min 718,78 manat təklif edib.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun uzunluğu 120 km təşkil edir. Layihə “Azərbaycan Magistral Avtomobil Yolu” ikinci kredit layihəsi çərçivəsində Dünya Bankı tərəfindən maliyyələşdirilir. $200 mln. məbləğində kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupunun üzvü) şərtləri əsasında Libor+0,25% dərəcəsi və 8 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb.
Bakı-Muğanlı avtomobil yolunun yenidənqurma layihəsinin dəyəri $84 mln. təşkil edir, bunun $67,2 mln.-u DB-nin, $16,8 mln.-u Azərbaycan hökumətinin payıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət