Hesablama Palatasında CAPSAP layihəsi çərçivəsində “Hesablama Palatasının 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsində Hesablama Palatasına köməklik göstərmək üçün Məsləhətçi Xidmətləri” ilə bağlı komponentin icrasına başlanılıb. Bu barədə palatanın saytında məlumat verilir.
Hesablama Palatasının sədri Heydər Əsədov vurğulayıb ki, palata məsləhətçilərdən səmərəli iş gözləyir. O, məsləhətçilərin səmərəlilik auditi və risk-əsaslı maliyyə auditlərinin keçirilməsində palatanın potensialının artırılması, qanunvericilik bazasının və audit standartlarının təkmilləşdirilməsində palataya yardım edilməsi, palatanın insan resursları və təlim praktikasının dəstəklənməsi kimi prioritet vəzifələrin öhdəsindən gəlməyə tam dəstək göstərəcəyinə əminliyini ifadə edib.
Hesablama Palatasının məsləhətçiləri "KOSI" və "ECORYS" şirkətləri olacaq.
Xəbər verildiyi kimi, məsləhətçilər “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) çərçivəsində seçilib. Məsləhətçinin xidmətləri İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ayıracağı qrant hesabına həyata keçiriləcək.
Məsləhətçi 18 ay ərzində xidmət göstərəcək.
Dünya Bankının Direktorlar Şurası 2008-ci ilin mart ayında Azərbaycana “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) üzrə $11 mln. məbləğində kreditin verilməsini təsdiqləyib.
Layihənin ümumi dəyəri $24 mln. təşkil edir. DB-nin kredit vəsaitlərindən başqa, daha $8 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq, $3 mln. Yaponiya hökumətinin, $2 mln. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) qrantıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət