“Rosneft” şirkətinin prezidenti İqor Seçin Azərbaycana işgüzar səfər çərçivəsində ölkə prezidenti İlham Əliyevlə görüşüb.
“Rosneft”in məlumatında deyilir ki, tərəflər şirkət və Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafı ilə bağlı bir çox məsələləri müzakirə ediblər.
Azərbaycanın dövlət başçısının saytında qeyd edilir ki, İ.Əliyev “Rosneft”in prezidentinin Azərbaycana səfərinin neft-qaz sektorunda əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. Ölkələrimizin bu sahədə əməkdaşlığının inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayan dövlət başçısı bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib.
İ.Seçin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin səmimi salamlarını İ.Əliyevə çatdırıb. SOCAR-ın regionun ən böyük şirkətlərindən biri olduğunu vurğulayan şirkət prezidenti “Rosneft”in SOCAR ilə beynəlxalq miqyasda uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük perspektivlərə malik olduğunu deyib.
İ.Əliyev bu yaxınlarda V.Putinlə telefon danışığı zamanı ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını bildirib. Ölkələrimiz arasında neft-qaz sektorunda da əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlət başçısı bu əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağın önəmini qeyd edib.
İ.Seçin həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə də danışıqlar aparıb və iki şirkət arasında məhsuldar əməkdaşlığa ümidvar olduğunu bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət