Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “İmişli Kərpic” SC-nin səhmlərinin 30,01%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə Dövlət Komitəsindən məlumat verilib.
SC-nin 65,266 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramına kərpic və ya digər sənaye məhsullarının istehsalı, zəruri avadanlığın alınması və quraşdırılması, bu məqsədlər üçün ayrılmış investisiyanın həcmi və müddətinə dair təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 45 min manat köçürməlidir.
Səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayələrin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2013-cü il avqustun 6-na qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi avqustun 7-də keçiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK 2012-ci ilin iyul ayında bu müəssisənin səhmlərinin 30,01%-ni investisya müsabiqəsinə çıxarıb, lakin alıcı tapılmayıb.
İmişli rayonunda yerləşən “İmişli Kərpic” SC kərpic və digər tikinti materiallarının istehsalı ilə məşğul olur. Müəssisə 1985-ci ildə işə salınıb, 1 işçisi var.
SC-nin nizamnamə kapitalı 2013-cü il iyunun 1-nə 434,894 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
2013-cü il iyunun 1-nə SC-nin öhdəlikləri 8,606 min manat, debitor borcları 0,999 min manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət