SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yaxın 2-3 il ərzində “Neft Daşları” yatağında 106 quyu qazmağı planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Neft Daşları” yatağında artıq neftin stabilləşməsi deyil, neft hasilatını artırmaq proqramı həyata keçirilir. Bu məqsədlə iki-üç il ərzində bu yataqda 106 quyu qazılacaq”, - deyə R.Abdullayev bildirib.
O əlavə edib ki, bu quyuların qazılması fasiləsiz enerji mənbəyi tələb edəcək, bu isə çərşənbə günü yeni qaz-turbin elektrik stansiyasının istismara verilməsi hesabına təmin olunacaq.
“Biz “Neft Daşları”nda dəyəri 86 mln. manat olan qaz-turbin elektrik stansiyasının tikintisi layihəsini reallaşdırdıq. Bu stansiya “Neft Daşları” və “28 May” NQÇİ-nin mədənlərində, gələcəkdə isə Çilov adasında stabil enerji təchizatını təmin edəcək”, – deyə şirkətin prezidenti qeyd edib.
Xəbər verildiyi kimi, istismara verilən qaz-turbin elektrik stansiyasının ümumi gücü 45 MVt təşkil edir. Stansiya hər birinin gücü 7,5 MVA olan 6 turbindən ibarətdir. 4 turbin qazla, digərləri isə həm qaz, həm də dizel yanacağı ilə işləyir. Stansiya ən azı 25 il müddətinə istismar üçün nəzərdə tutulub.
Qaz-turbin elektrik stansiyasının tikintisi layihəsi 2007-ci ildən həyata keçirilir. Stansiya “Günəşli” yatağının dayazsulu hissəsi və “Neft Daşları” NQÇİ-nin neft-mədən obyektlərini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət