Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2013-cü ilin I yarısında 198 mln. 21 min 217,87 manat sığorta haqqı əldə edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta haqqı yığımı 129 mln. 516 min 140,59 manat (artım 23,1% - İF-Az) təşkil edib. Bununla yanaşı, 2013-cü ilin I yarısında həyat sığortası üzrə 18 mln. 935 min 735,1 manat (artım 2,5 dəfə), digər könüllü sığorta növləri üzrə 110 mln. 580 min 405,49 manat (artım 13,3%) sığorta haqqı alınıb.
Hesabat dövründə icbari sığorta növləri üzrə sığorta haqqı yığımı 68 mln. 505 min 77,28 manat (artım 6,6%) təşkil edib.
Cari ilin I yarısında sığortaçılar 58 mln. 97 min 893,21 manat məbləğində ödəniş ediblər ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 40,2% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər 41 mln. 17 min 393,98 manat (artım 15,3%) təşkil edib.
Bununla yanaşı, həyat sığortası üzrə 1 mln. 351 min 047,61 manat (artım 3,5 dəfə), digər könüllü sığorta növləri üzrə 39 mln. 666 min 346,37 manat (artım 12,7%) ödəniş həyata keçirilib.
2013-cü ilin I yarısında icbari sığorta növləri üzrə ödənişlər 17 mln. 80 min 499,23 manat (artım 2,9 dəfə) təşkil edib.
Xidmətin məlumatına əsasən, hesabat dövrü ərzində tibbi sığorta üzrə 40 mln. 455,493 min manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 26 mln. 533,163 min manat, həyatın yığım sığortası üzrə 16 mln. 567,313 min manat, əmlakın yanğın və digər risklərdən sığortası üzrə 17 mln. 796,236 min manat, hava gəmilərinin sığortası üzrə 4 mln. 664,628 min manat əldə edilib.
Bundan başqa, yanvar-iyun ayları ərzində yüklərin sığortası üzrə 7 mln. 327,201 min manat, hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 1 mln. 650,576 min manat, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə 4 mln. 189,976 min manat, hərbi qulluqçuların icbari sığortası üzrə 7 mln. 384,026 min manat sığorta haqqı əldə edilib.
Sığorta haqlarının qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
2013-cü ilin I yarısında tibbi sığorta üzrə ödənişlər 21 mln. 888,149 min manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 12 mln 427,595 min manat, əmlakın yanğın və digər risklərdən sığortası üzrə ödənişlər 2 mln. 17,676 min manat, həyatın yığım sığortası üzrə ödənişlər 1 mln. 212,269 min manat, hərbi qulluqçuların icbari sığortası üzrə ödənişlər 3 mln. 371,502 min manat, işçilərin dələduzluğu sığortası üzrə ödənişlər 1 mln. 698,919 min manat təşkil edib.
Ödənişlərin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət