Məşhur Azərbaycan yazıçısı, yerli PEN-klubun prezidenti Çingiz Abdullayev bir sıra Avropa liderlərinin dünyada multikulturalizm ideyalarının iflasa uğraması ilə bağlı fikirlərini anlaşılmaz hesab edir.
“Qəribədir ki, 25 il ərzində müharibə şəraitində yaşayan Azərbaycan multikulturalizmə həsr olunmuş beynəlxalq konfrans keçirir və bizim prezidentimiz hər zaman ölkənin bu nailiyyəti barədə bəyan edir”, - deyə Ç.Abdullayev çərşənbə günü Qubada keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.
“Qəribədir ki, multikulturalizmin tamamilə iflasa uğradığını bildirən Fransanın keçmiş prezidenti Nikolya Sarkozi İ.Əliyevə opponentlik edir. Ona həmçinin “biz bu mübarizədə məğlub olmuşuq” söyləyən Almaniyanın kansleri Angela Merkel, multikulturalizmin olmadığını deyən Böyük Britaniyanın indiki baş naziri Devid Kemeron da opponentlik edir”, - deyə Ç.Abdullayev qeyd edib. Onun sözlərinə görə, multikulturalizm Azərbaycana xasdır deyiləndə, bunlar boş yerə deyilmir.
“Multikulturalizm Azərbaycana xasdır və bu, dövlətin siyasətidir deyəndə, bu, həqiqətdir. Azərbaycan, ölkə vətəndaşları, etnik azərbaycanlılar - mehriban, qonaqpərvər, xeyirxah xalqdır. Bizim xalqı gör necə belə bir vəziyyətə gətirmək lazım idi ki, biz bu 25 ili belə sərt mübarizədə keçirək”, - deyə o əlavə edib.
O, həmçinin Azərbaycanda antisemitizmin olmamasını müsbət hal və ölkənin böyük uğuru kimi qiymətləndirməyi də yersiz hesab edir.
“Antisemitizmin olmaması milliyyətçilik, faşizm və irqçiliyin olmaması kimi, konkret dövlətdə bütün millətlərin dinc və yanaşı yaşaması kimi normal haldır. Azərbaycanda müxtəlif müllətlərin nümayəndələri dinc yaşayırlar”, - deyə yazıçı əlavə edib. Bununla yanaşı, o qeyd edib ki, insanlar etnosların yanaşı yaşaması barədə danışarkən burada İslamın iki böyük cərəyanının - sünni və şiə cərəyanlarının nümayəndələrinin yanaşı yaşadığını unudurlar.
“Biz dünyada yeganə dövlətik ki, bizdə sünni və şiələr arasında qarşıdurma yoxdur. Ola bilər ki məhz buna görə bizim belə konfrans keçirməyə haqqımız var”, - deyə yazıçı vurğulayıb.
Ç.Abdullayev qeyd edib ki, Qarabağ münaqişəsinin başlamasından 25 il ötür və o, erməni millətinin nümayəndələri ilə qarşılaşanda onlardan yaranmış vəziyyətdən nə gözlədiklərini soruşur.
“Mən onlardan soruşuram: “Siz nə gözləyirsiniz? İngiltərə və Fransa arasında olduğu kimi 100 illik müharibəmi? Siz başa düşmürsünüzmü ki, razılığa gəlmək lazımdır? Başqa çıxış yolu yoxdur. Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış dövlət sərhədləri var və xoşunuza gəlsə də, gəlməsə də, bunu tanımağa məcbur olacaqsınız. Lakin təəssüf ki, bizi hələ eşitmək istəmirlər. Amma ümid edirəm ki, bizim siyasətimiz hər hansı razılığa gətirib çıxaracaq və biz mənhus müharibə şəraitindən çıxmağı bacaracağıq”, - deyə o bildirib.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət