Azərbaycan elmin inkişafına və beynəlxalq elm dünyası ilə münasibətlərə əlavə təkan verəcək beynəlxalq elmi laboratoriya yaratmağa can atır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə cümə axşamı keçirdiyi mətbuat konfransında bəyan edib.
“Beynəlxalq münasibətlərin inkişafı fəaliyyətimizin tərkib hissəsidir, çünki qloballaşma şəraitində Azərbaycan elmi dünya elmindən ayrı inkişaf edə bilməz”, - deyə o vurğulayıb.
A.Əlizadə AMEA-nın beynəlxalq elm mərkəzləri ilə əməkdaşlığının inkişafının vacibliyini qeyd edib.
“Qarşımızda hər hansı ölkə ilə birgə beynəlxalq elmi laboratoriyanın yaradılması vəzifəsi durur. Bununla əlaqədar UNESCO ilə birgə müvafiq proqram hazırlanır. Biz bir neçə istiqamətdə fəaliyyət göstərəcək elmi laboratoriyanın yaradılması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olmaq niyyətindəyik. Biz Azərbaycanın beynəlxalq elmi laboratoriyalara malik olmasını istəyirik”, - deyə AMEA-nın prezidenti vurğulayıb.
O, misal olaraq Rusiyanın Dubnada beynəlxalq elmi laboratoriyasını xatırladıb.
A.Əlizadənin sözlərinə görə, AMEA-nın əsas məqsədi ölkə prezidentinin imzaladığı “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müvafiq olaraq milli elmin inkişafına yönələn səylərin artırılmasıdır.
O qeyd edib ki, dövlət başçısı İlham Əliyev 2013-cü ilin may ayında Şamaxı rəsədxanasında aparılan təmir işləri ilə tanış olduğu zaman vurğulayıb ki, regional iqtisadi mərkəz olan Azərbaycan həmçinin regionun elm mərkəzi olmalıdır.
“Prezident İlham Əliyev ölkədə, o cümlədən Elmlər Akademiyasında elmin inkişafına yönələn ondan artıq sərəncam imzalayıb”, - deyə bildirən A.Əlizadə qeyd edib ki, Akademiyada yeddi elmi şöbə fəaliyyət göstərir.
O vurğulayıb ki, bu gün AMEA müxtəlif, həmçinin sosial-iqtisadi, mədəni, humanitar və s. sahələri əhata edən 17 dövlət proqramının reallaşdırılmasında iştirak edir.
Onun sözlərinə görə, Akademiyanın ən yaxın planlarından biri “hazırda layihəsi hazırlanan” Göytəpədə arxeoloji parkın yaradılmasıdır.
A.Əlizadə elm və təhsilin inteqrasiyasını AMEA üçün çox mühüm meyar adlandırıb.
“Təhsil sistemi təkmilləşdirilmədən elmin inkişafı mümkün deyil”, - deyə o vurğulayıb.
O, həmçinin gənclər qarşısında duran problemlərin həllinin vacibliyini qeyd edib.
“Gəncləri Akademiyaya cəlb etmək, onların sosial-məişət problemlərini həll etmək, mənzillə təmin etmək, ipoteka kreditləşməsi ilə bağlı məsələni yoluna qoymaq lazımdır. Bu proqramlar gələcəkdə həllini tapmalıdır”, - deyə A.Əlizadə bildirib.
AMEA-nın prezidenti dövlətin gənc alimlərə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
“Azərbaycan prezidenti dövlət başçısının ehtiyat fondundan 10 mln. manatadək vəsait ayırıb. Bu məbləğ zamanın tələblərinə cavab vermələri məqsədilə institutların maddi-texniki bazasının təkmilləşdirilməsi üçün sərf edilir. Biz dövlət başçısından əlavə kömək barədə xahiş etmişik. Ayrılan yarım milyon manat məbləğində vəsait elmlər doktoru adına iddia edənlərə öz işlərini başa çatdırmaları üçün lazımdır. Axı bunun üçün bəzən ölkədə müvafiq avadanlıq çatmır.
Bu vəsaitlər 14 nəfərə qədər şəxsin namizədlik işlərini başa çatdırmaq üçün xaricə göndərilməsinə sərf olunub. Bu gün biz daha bir neçə gənc alimi xaricə göndərməyə hazırlaşırıq”, - deyə o vurğulayıb.
A.Əlizadə rəhbərlik etdiyi strukturun təkmilləşdirilməsi və elmi fəaliyyətin inkişafına yönələn son üç-dörd ay ərzində AMEA-da baş verən müvafiq struktur dəyişiklikləri barədə məlumat verib.
“Əfsuslar olsun ki, son zamanlar AMEA-nın idarəçiliyində səmərəliliyin azalması müşahidə olunurdu. İdarəçilik müasir elmin inkişaf templərinə uyğunlaşmaq üçün lazım olan çevikliyini itirmişdi. Bu gün əsas vəzifələrdən biri informasiya-kommunikasiya texnologiyalarının fəal tətbiqidir. Axı bir sıra institutların yaxın vaxtlara qədər şəxsi veb-saytları olmayıb”, - deyə o bildirib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət