Azərbaycan dünyanın az sayda ölkələrindən biridir ki, burada sabitlik və qarşılıqlı anlaşma cəmiyyətin gündəlik həyatının əsasını təşkil edir. Bu barədə Qubada keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçılarının cümə axşamı qəbul etdiyi yekun bəyanatda bildirilir.
“Qərbi Avropa, postsovet məkanı, keçmiş Yuqoslaviya, Yaxın və Orta Şərq ölkələri və Çində millətlərarası, dinlərarası münasibətlərdə müşahidə olunan gərginliyin artması fonunda Azərbaycan dünyanın az sayda olan ölkələrindən biridir ki, burada sabitlik və qarşılıqlı anlaşma cəmiyyətin gündəlik həyatının əsasını təşkil edir”, - deyə konfrans iştirakçıları bəyan edirlər.
“Əgər əksər Avropa ölkələrinin liderlərinin sözlərinə görə, multikulturalizm ölübsə, o zaman Azərbaycanın şəraitində o sadəcə yaşamır, həm də həyat tərzinin tərkib hissəsinə çevrilib. Bu isə bir daha sübut edir ki, əlinin əksər hissəsini müsəlmanların təşkil etdiyi ölkədə tolerantlıq milli özünü dərketmənin əsası ola bilər”, - deyə bəyanatda vurğulanır.
Konfrans iştirakçıları qeyd edirlər ki, konfrans çərçivəsində aparılan fikir mübadiləsi zamanı belə nəticəyə gəliblər ki, qısa tarixi dövr ərzində Azərbaycan müxtəlif etnik, mədəni və dini qrupların vahid dövlət çərçivəsində uğurla birgə yaşaması üçün optimal parametrlər tapa bilib.
“Ənənəvi etnik və dini toleranlıq məcrasında yeni etnomədəni və etnodini qarşılıqlı əlaqələrin yeni səviyyəli modelini yaratmaq və həyata keçirmək mümkün olub. Azərbaycanda möhkəm qanunvericilik bazası və milli mədəniyyət və ənənələrin, dil və dinlərin qorunması və inkişafı üçün bütün şərait yaradılıb”, - deyə bəyanatda vurğulanır.
Konfrans iştirakçıları onu da qeyd ediblər ki, ölkədə tədrisin Azərbaycanda yaşayan xalqların dillərində həyata keçirildiyi məktəblər fəaliyyət göstərir, radioda bu xalqların mahnıları səslənir, kürd, ləzgi və talış dillərində xəbərlər xidməti var.
“Azərbaycanda dini və ya milli zəmində qarşıdurma, antisemitizm yoxdur. Ölkə rəhbərliyi milli, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin qorunması mövqeyində qətiyyətlə durur. İyirmi il ərzində Azərbaycanda yaşayan xalqların daha da birliyinə imkan yaradan bütün dini qrupların maraqlarının balansına riayət edilir”, - deyə sənəddə vurğulanır.
“Biz, konfrans iştirakçıları, hesab edirik ki, qloballaşma şəraitində vahid dövlət çərçivəsində müxtəlif millət, xalq və dini qrupların birgə yaşamaları mümkündür və bunu Azərbaycanın təcrübəsi də nümayiş etdirdi. Buna əsaslanaraq konfrans elmi ictimaiyyəti, beynəlxalq və ictimai təşkilatları geniş diskussiyaya dəvət edir. Məqsəd Azərbaycanın təcrübəsi nəzərə alınmaqla separatçılıq, antisemitizm, dini və irqi ayrı-seçkiliyə qarşı mübarizədə ümumi xətt hazırlamaqdır”, - deyə Qubada keçirilən beynəlxalq konfransın bəyanatında bildirilir.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət