2013-cü ilin birinci yarısında Azərbaycanın nəqliyyat-yol kompleksinə investisiyaların həcmi 923 milyon manat təşkil edib. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“2013-cü ilin I yarısında yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 105,2 milyon ton və sərnişin daşımaları 5,7 faiz artaraq 804 milyon nəfər təşkil edib”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hesabat dövrü ərzində Azərbaycanda 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunub, 6 körpü inşa və təmir edilib.
“Hesabat dövründə Bakıda Buzovna-Mərdəkan–Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilib, Bilgəh–Pirşağı–Novxanı–Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının tikintisi və 6 piyada keçidinin tikintisi davam etdirilib”, - deyə Z.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Həsən Əliyev küçəsindən Olimpiya stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılıb.
Nazir həmçinin məlumat verib ki, 2013-cü ilin 6 ayı ərzində Azərbaycanda Şərq-Qərb istiqamətində 52 kilometr uzunluğunda dəmir yolu əsaslı təmir olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət