Cari ilin sonuna Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun artımı 6-7% təşkil edəcək. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
Nazirlər Kabinetinin iclası cümə axşamı İlham Əliyevin sədrliyi ilə keçirilib.
“Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 mlrd. 122, 995 mln. manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% çoxdur. Bitkiçilik sahəsində artım 4,5%, heyvandarlıq sahəsində 5,1% təşkil edib”, - deyə İ.Abasov qeyd edib.
“2013-cü ilin məhsulu üçün ölkə üzrə 1 mln. 33 min 200 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalı istisna olmaqla) becərilib ki, onun da 690 min 816 hektarını və ya 67%-ni buğda təşkil edir. İyulun 15-nə olan vəziyyətə görə, 905 min 80 hektarda və ya ümumi sahənin 88%-də biçin aparılıb. Cari ilin sonuna 2 mln. 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunub. “Belə ki, 2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1%, kartof istehsalı 11,8%, tərəvəz istehsalı 8,8%, yaşıl çay yarpağı istehsalı 4% artıb. Bu da öz növbəsində əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialını da artırıb”, - deyə İ.Abasov məlumat verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət