2013-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 7 mlrd. 361,8 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 22,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statıstika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, yanvar-iyun aylarında kapital qoyuluşlarının ümumi həcmindən 3 mlrd. 849,5 mln. manat (bütün investisiyaların 52,3%-i) istehsalat təyinatlı, 3 mlrd. 512,3 mln. manat (bütün investisiyaların 47,7%-i) qeyri-istehsalat təyinatlı obyektlərin inşasına yönəlib.
I yarımillikdə kapital qoyuluşlarının ümumi həcmindən xarici investisiyaların payına (bütün investisiyaların 25,1%-i) 1 mlrd. 850,1 mln. manat, daxili investisiyaların payına 5 mlrd. 513,9 mln. manat (bütün investisiyaların 74,9%-i) düşüb.
2013-cü ilin I yarısında neft sektoruna 2 mlrd. 250,6 mln. manat (bütün kapital qoyuluşlarının 30,6%-i), qeyri-neft sektoruna 5 mlrd. 111,2 mln. manat (bütün kapital qoyuluşlarının 69,4%-i) həcmində sərmayə qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 4 mlrd. 777,8 mln. manat və ya bütün kapital qoyuluşlarının 64,9%-ni (artım 39,6%) təşkil edib.
I yarımillikdə dövlət müəssisələri və təşkilatlatı tərəfindən 4 mlrd. 482,6 mln. manat (bütün investisiyaların 60,8%-i), özəl müəssisə və təşkilatlar tərəfindən - 2 mlrd 879,2 mln. manat (bütün investisiyaların 39,2%-i) həcmində kapital qoyuluşu həyata keçirilib.
Hesabat dövründə müəssisə və təşkilatların vəsaitləri hesabına 3 mlrd. 242 mln. manat (artım 16,7%), bank kreditlərinin hesabına 346,4 mln. manat (artım 25,2%), büdcə vəsaitlərinin hesabına 3 mlrd. 321,4 mln. manat (artım 31%), büdcədənkənar fondların vəsaitləri hesabına 256,3 mln. manat (artım 10,4%), əhalinin vəsaitləri hesabına 177,2 mln. manat (artım 17,1%), digər mənbələr hesabına 18,5 mln. manat (artım 6,7%) həcmində kapital qoyuluşları həyata keçirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət